18 mərtəbəli binada yanğın baş verib.
Medianews.az xəbər verir ki, hadisə Türkiyənin Mersin rayonunda yaşanıb.
18 mərtəbəli binanın sonuncu mərtəbəsində Suriya əsilli H.S.-yə məxsus mənzildə hələ naməlum səbəbdən yanğın başlayıb.
Evdəki saunada başladığı ehtimal edilən yanğın qısa zamanda bütün yaşayış evinə yayılıb.
Xəbərdarlıq üzrə 112 Təcili Tibbi Yardım, polis və Böyükşəhər Bələdiyyəsinin xilasetmə briqadaları əraziyə yönəldilib.
Hadisə yerinə gələn qruplar tərəfindən ehtiyat tədbiri olaraq təxliyə edilən bina sakinlərinin bəziləri ev heyvanlarını evdən çıxarıblar.
Yanğınsöndürənlərin uzun səyi nəticəsində alov nəzarətə götürülüb.
Müdaxilə əsnasında bəzi yanğınsöndürənlər tüstüdən təsirlənib.
Medianews.az