Türkiyənin Qars rayonunda soyuq hava öz təsirini göstərməyə başlayıb.
Medianews.az xəbər verir ki, havanın temperaturu mənfi 5 dərəcəyə düşüb.
Şəhərdə soyuqdan nəqliyyat vasitələrinin şüşələri donub. Səhər tezdən işə getmək üçün maşınlarına gələn vətəndaşlar avtomobillərini qızdırmağa başlayıblar. Vətəndaşlar daha sonra avtomobillərinin şüşələrindəki buzu təmizləmək üçün dəqiqələrlə çalışıblar.
Soyuq havanın yaxın günlərdə də davam edəcəyi gözlənilir.
Medianews.az