HƏMAS ilə münaqişədə dəstəyini nümayiş etdirmək üçün İsrailə səfər edən Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli Ofakim sirena səslərinin artması ilə panikaya düşüb və sığınacağa qaçıb.
Medianews.az xəbər verir ki, çaxnaşma anları saniyə-saniyə kameraya düşüb.
Məlumata görə, Həmas Ofakim şəhərini raket atəşinə tutub. Hava hücumu xəbərdarlığından sonra mühafizəçiləri naziri dərhal bunkerə aparıb.
Kleverli hadisədən əvvəl verdiyi açıqlamada, “İngiltərənin İsrail xalqına dəstəyinin sarsılmaz olduğunu göstərmək üçün bu gün İsraildəyəm”,-deyə bildirmişdi.
Qeyd edək ki, Ceyms Kleverli ölkə rəhbərliyinin nümayəndələri və zərərçəkənlərlə görüşlər keçirmək üçün İsrailə gedib.
Medianews.az