Qazaxıstanda üç yaşlı qız reanimasiyaya yerləşdirilib.
Medianews.az xəbər verir ki, Uralskda “Balbobek” uşaq bağçasında tərbiyəçi üç yaşlı uşağı qaynar bulyonla yandırıb.
Yaralı uşağın anası yerli teleqram kanalına bildirib ki, qız artıq xəstəxanada olarkən müəllimlər hadisə barədə məlumat veriblər.
“Qızımın üzündə, qollarında, ayaqlarında və qasıq nahiyəsində yanıqlar var. O, rayon uşaq xəstəxanasına yerləşdirilib. Mən uşaq bağçasının bütün rəhbərliyinin, həmçinin uşaqlara qaynar şorba verən aşpazların cəzalandırılmasını istəyirəm. Hazırda qızım reanimasiyadadır, vəziyyəti ağırdır”, – ana bildirib.
Qadın hesab edir ki, müəllimlər səhlənkarlıq ediblər. Səlahiyyətlilər araşdırmaqabağı yoxlamaya başlayıb və hadisənin baş vermə şəraiti müəyyənləşdirilir.
Medianews.az