Bakıda bıçaqlanma hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə səhər saat 5 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsində yol kənarında baş verib. Canbaxışlı Zərri Şahin qızı ailə münaqişəsi zəminində əri Canbaxışlı Fərid Nahid oğlunun döş qəfəsi nahiyəsinə bıçaqla vuraraq xəsarət yetirib.
Faktla bağlı cinayət işi başlanılaraq istintaqı davam etdirilir.