Bütün əmanətlərini daim özü ilə daşıyan çinli yaşlı qadın onları avtobusda unudub.
Medianews.az xəbər verir ki, Oktyabrın 5-də avtobusa minən yaşlı Sun adlı çinli qadın çantasını avtobusda unudub.
Çantada beş min yuan (təxminən 66 min rubl) nağd pul, şəxsiyyət vəsiqəsi, sosial sığorta kartı, bir neçə bank kitabçası və borc arayışı var idi.
İtirilmiş çantanın ümumi məzmunu təxminən 1,5 milyon yuan (təxminən 20 milyon rubl) təşkil edib.
Çantanı avtobusda qoyduğunu anladıqda, qadın nəqliyyat şirkətinə zəng edib.
Şirkət avtobus sürücü ilə əlaqə saxlayıb. Sürücü itən çantanın hələ də avtobusda olduğunu təsdiqləyib.
Ertəsi gün qadın şirkətin ofisinə gəldi və əşyalar ona qaytarıldı.
Qeyd edək ki, təqaüdçü heç nəyin əskik olmadığnı bildirib.
Medianews.az