Britaniyanın İTV kanalında yayımlanan səhər verilişində aparıcının dedikləri müzakirələrə səbəb olub.
Milli.Az dailymail-ə istinadla bildirir ki, sözügedən kanalda yayımlanan “Good morning Britain” ( Sabahın xeyir Britaniya ) verilişinin aparıcısı Susanna Reid efirə gələn qonaqlarla İsrail-Fələstin münaqişəsini müzakirə edib.
Aparıcının HƏMAS üzvlərini terrorçu, hücumları isə terror adlandırması eniş müzakirələrə yol açıb.
Xatırladaq ki, Həmas-ın silahlı qanadı “İzzəddin əl-Kassam” briqadasının komandanı Məhəmməd əd-Dayf İsrailə qarşı “Əksa tufanı” əməliyyatının başladığını və əməliyyat çərçivəsində yəhudi dövlətinin ərazisinə 5 min raket atıldığını elan edib. Qəzzadan İsrailə doğru minlərlə raket atılıb, silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub. İsrail ordusu da döyüş təyyarələri ilə Qəzza zolağına qarşı “Dəmir qılınclar” əməliyyatına başladığını açıqlayıb.