İstanbul hava limanında Moskvadan gələn iki sərnişinə məxsus 4 çamadanda 10 min 300 tülkü quyruğu ələ keçirilib.
Medianews.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Malları qaçaqmalçılıq ehtimalına qarşı yoxlayan qruplar, rentgen müayinəsindən keçən şəxslərə məxsus çamadanlarda şübhəli sıxlıq müşahidə edib. X-ray müayinəsindən sonra başlanan ətraflı axtarışda çamadanların heyvan quyruğu ilə dolu olduğu görülüb.
Araşdırmada tülkülərə aid olduğu müəyyən edilən və bazar dəyəri 1 milyon 236 min lirə olan 10 min 300 heyvan quyruğu ələ keçirilib.
Hadisə ilə bağlı Qaziosmanpaşa Respublika Prokurorluğu tərəfindən istintaq başladılıb.
Ələ keçirilən tülkü quyruğu İstanbul Hava Limanı Gömrük Mühafizə Qaçaqmalçılıq və Kəşfiyyat Region Müdirliyində sərgilənib.
Medianews.az