Ukrayna prezidenti Vladimir Zelenski gözlənilməz səfərlə NATO-nun Müdafiə Nazirləri Toplantısının keçirildiyi NATO qərargahına gəlib.
Medianews.az xəbər verir ki, Türkiyəni milli müdafiə naziri Yaşar Gülərin təmsil etdiyi NATO Müdafiə Nazirləri Toplantısı öncəsi jurnalistlərə açıqlama verən Zelenski qarşıdan gələn qışın ölkəsi üçün ən böyük sınaqlardan biri olacağını vurğulayıb.
Zelenski NATO ölkələrinin müdafiə nazirləri ilə Ukraynanın prioritetlərini müzakirə edəcəklərini bildirib.
Prioritetlərinin hava hücumundan müdafiə sistemi olduğunu bildirən Zelenski, “Enerji şəbəkəsini və taxıl tranzit yollarını qorumaq üçün ərazimizin konkret coğrafi nöqtələrində hava hücumundan müdafiə sistemlərini yerləşdirməliyik”- deyə bildirib.
Qeyd edək ki, Rusiya ilə ölkəsi arasında müharibə başlayandan sonra ilk dəfə Zelenski NATO-ya gəlib.
Medianews.az