Pişiklə ilanın döyüşdüyü video sosial mediada gündəmə çevrilib.
Medianews.az xəbər verir ki, hadisə Türkiyənin Elazığ rayonunda qeydə alınıb.
Belə ki, səhər saatlarında işə getmək istəyən vətəndaş pişiklə ilanın döyüşdüyünü görüb. Bu zaman olanları telefonu ilə kameraya çəkməyə başlayan vətəndaş gözlənilməz son ilə qarşılaşıb.
Pişik ilanı öldürərək ağzına alıb və gözdən itib.
Həmin videonu təqdim edirik: