Səhv yerə park edilən avtomobil çox sayda insanı qəzəbləndirib.
Medianews.az xəbər verir ki, hadisə Türkiyənin Tekirdağ rayonunda baş verib.
Süleymanpaşa səmtində yanlış yerdə dayanan avtomobil dar küçədə nəqliyyatın hərəkətini kəsib. İnsanlar “qəssabdan sürücülük vəsiqəsi alırsınızsa, lütfən, nəqliyyata çıxmayın” deyərək bu avtobuslardan düşüb küçələrə axışıblar. Onlar nəqliyyat vasitəsini səhv park edən avtomobilin sürücüsünə üsyan ediblər.
Avtobus sürücüləri vəziyyət barəsində polisə məlumat veriblər.
Medianews.az