Moskva metrosunda qəzaya səbəb sürücünün ARS sistemini əl ilə söndürməsi olub.
Medianews.az xəbər verir ki, bu barədə Moskva Nəqliyyat Departamenti məlumat yayıb.
Qatar maşinisti səhv etdiyini təsdiqləyib.
Hazırda sürücüyə tibbi yardım göstərilir, ayağı sınıb.
Qeyd edək ki, bu gün Moskva metrosunun Lyublinsko-Dmitrovskaya xəttinin “Peçatniki” stansiyasında depodan sərnişinsiz hərəkət edən qatar stansiyada dayanmış qatara çırpılıb.
Medianews.az