İsrail qırıcıları Qəzza zolağında 80-dən çox hədəfə zərbələr endirib.
Medianews.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.
Məlumata görə, zərbələr HƏMAS-ın terrorizmi maliyyələşdirmək üçün istifadə etdiyi iki bank filialına, yeraltı tunelə və iki operativ idarəetmə mərkəzinə endirilib.
Qeyd edək ki, Fələstin hərəkatının şimal briqadasının komandirinin qərargahını dağıdıblar.
Medianews.az