Türkiyənin İzmir şəhərində dəhşətli hadisə yaşanıb.
Medianews.az xəbər verir ki, İzmirin Bayraklı rayonunda baş verən yanğında biznesmen Mustafa Bendeş və təqaüdçü müəllim Mehmet Naci Sözcüner həyatını itirib.
Yanğından sonra hadisənin qəsdlə törədildiyi məlum olub. Mustafa Bendeşin sevgilisi Esra Başkaya hadisəni törətdiyini etiraf edib.
“Ölərkən çıxardığı səslər yuxularıma girir”,- deyərək qətli etiraf edib. Sevgilisinin ofisini yandıran 36 yaşlı Esra Başkaya yolun qarşısına keçərək yanğını izləyib.
Sevgilisi ilə davamlı olaraq mübahisə etdiyini bildirən M.Başkaya, hadisə baş verən gün də aralarında eyni mübahisə olduğunu və sevgilisinin ona şüşə ataraq təhqir etdiyini iddia edib.
Medianews.az