Mebel istehsal edən fabrikdə yanğın baş verib.
Medianews.az xəbər verir ki, hadisə Kayseridə qeydə alınıb.
Melikqazi rayonu Kayseri OSB 10-cu küçəsində yerləşən mebel fabrikində naməlum səbəbdən yanğın başlayıb.
Qısa müddətdə böyüyən yanğın səbəbindən əraziyə çoxlu yanğınsöndürən, tibb və polis qrupları göndərilib.
Alovdan yüksələn tüstü bütün səmanı bürüyüb. Yanğınsöndürmə işləri hələ də davam edir.