Yüzlərlə rusiyalı İsraildən təxliyə üçün müraciət edib.
Medianews.az xəbər verir ki, bunu Rusiyanın İsraildəki səfiri Anatoli Viktorov deyib.
Səfir bildirib ki, yüzlərlə Rusiya vətəndaşı evakuasiya tələbi ilə Rusiyanın İsraildəki səfirliyinə ərizə təqdim edib.
O xatırladıb ki, Rusiyanın iki aviaşirkəti Tel-Əvivdən müntəzəm uçuşlar həyata keçirir.
Bundan əvvəl Viktorov bildirmişdi ki, Rusiya Qəzza zolağından rusların təxliyəsi imkanlarını araşdırır.
Medianews.az