Cümə, 8 Dekabr 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

“Qərbi Azərbaycana qayıdış beynəlxalq müstəvidə” Avropa Forumu Madriddə baş tutdu – FOTOLAR

XƏYALƏ
10/10/2023 15:12
122
BAXIŞ
FacebookTwitterTelegram

İspaniyanın paytaxtı Madrid şəhərində Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunan “Qərbi Azərbaycana qayıdış beynəlxalq müstəvidə” Avropa Forumu baş tutub.

Azərbaycan-Türkiyə Qadınlar Cəmiyyəti və Azərbaycan-Türkiyə Evinin təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Azərbaycanın İspaniyadakı Səfirliyinin rəsmi tərəfdaşlığı ilə keçirilən tədbir zamanı Madriddə fəaliyyət göstərən diplomatik korpusun heyəti, qeyri-hökumət təşkilatları, düşüncə mərkəzlərinin, akademik dairələrin nümayəndələri və müvafiq media təmsilçiləri bir araya gəliblər.

“Westin Palace Hotel”də təşkil olunan forumda Azərbaycan Respublikasının İspaniya Krallığı və Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri Ramiz Həsənov, Türkiyənin Madrid Böyük Elçisi Nüket Küçükel Ezberci, Avropa Parlamentinin üzvü, eləcə də qurumun 2014-2019-cu illərdə vitse-prezidenti olmuş Riçard Çarnetski, millət vəkili, xalq şairi, Dünya Azərbaycanlılar Konqresinin həmsədri Sabir Rüstəmxanlı, ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunda çalışan, Serbiya Respublikası Prezidentinin sabiq xüsusi müşaviri Damjan Krnjeviç Miskoviç, Azərbaycan-Türkiyə Qadınlar Cəmiyyəti və Azərbaycan-Türkiyə Evinin sdəri Tənzilə Rüstəmxanlı, Avropa Qonşuluq Şurasının icraçı direktoru Samuel Doveri Vesterbay, Brüssel İdarəetmə Məktəbinin professoru, Belçika Baş nazirinin keçmiş müşaviri Köyert Debüf, Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli, Kral Xuan Karlos Universitetinin Hüquq professoru, “Pan-Avropa” Hərəkatının İspaniya nümayəndəliyinin Baş katibi Karlos Uriarte Sançes, məşhur fotoqraf və memar Reza Deqati, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aqil Ələsgər, San Pablo Seu Universitetinin beynəlxalq əlaqələr üzrə tədqiqatçı professoru, Cortes Generalesdə (İspaniya Parlamenti) sabiq parlamentari Jordi Xucla, Türkiyənin “Ülke TV” yayım şirkətinin Baş redaktoru Həsən Öztürk, Monreal, Brüssel və Stokholmun tqnınmış beyin mərkəzlərində çalışan Yaxın Şərq üzrə mütəxəssis, professor Sebastian Boussois, “İnterpress” Media Qrupunun baş direktoru Toğrul Allahverdili və digər qonaqlar öz mühazirələri və çıxışları ilə mövzu barəsində geniş fikir mübadiləsi aparmışdır.

Tədbiri giriş sözü ilə açan Azərbaycan-Türkiyə Qadınlar Cəmiyyəti və Azərbaycan-Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı qonaqları salamlayaraq forumun keçirilməsinin məqsəd və məramlaırnı açıqlayıb. Tarixi faciələrin mütəmadi olaraq xatırlanmalı olduğuna diqqət çəkən Tənzilə Rüstəmxanlı bunun həmin faciələrin yenidən təkrarlanmaması üçün gərəkliliyinə diqqət çəkib.

Daha sonra çıxış edən Azərbaycan Respublikasının İspaniya Krallığı və Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri Ramiz Həsənov məsələnin siyasi tərəfinə diqqət çəkərək dünyanın uzun illərdir məruz qaldığı köç məsələsində beynəlxalq ictimaiyyətin birgə səylərinin vacibliyini vurğulayıb. Səfir yurdundan didərgin salınmış milyonlarla insanın hüquqlarının bərpa Azərbaycanın nümayiş etdirdiyi diplomatik təmkinlik və bu sahədə əməkdaşlığın təşviq olunmasının təqdirəlayiq olduğunu bildirib.

Millət vəkili Sabir Rüstəmxanlı isə çıxışında heç nəyi gizləməyin mümkün olmadığını bildirərək həqiqətin gec-tez üzə çıxdığını bildirib. Lakin siyasi məqsədləri həqiqət kimi təbliğ edilən yalanların da olduğunu deyən millət vəkili onların dünyanın böyük dövlətlərinin maraqlarına xidmət etdiyinə görə yer üzündə yayılmaqda davam etdiyini vurğulayıb.

Avropa Parlamentinin üzvü, 2014-2019-cu illərdə Avropa Parlamentinin vitse-prezidenti olmuş Riçard Çarnetski qaçqın və məcburi köçkünlərlə bağlı Avropa təcrübələrindən danışıb, sistemin işləmə mexanizmi barədə məlumat verib. O, Ermənistandan qovulmuş Azərbaycanlıların geri qayıtmasının mümkün olacağına inandığını dilə gətirib.

Tanınmış fotoqraf, Azərbaycan həqiqətləriin dünyaya çatdıırlmasında böyük əməyi keçən Reza Deqati foruma vizual təqdimatla qatılıb.

Tədbirin əsas çıxışlarından sonra panel müzakirələri təşkil edilib. Diplomatiya İnstitutunun Siyasi araşdırma, təhlil və nəşrlər üzrə direktoru, BMT-nin keçmiş yüksək vəzifəli rəsmisi və Serbiya Respublikası Prezidentinin xüsusi müşaviri olmuş Damjan Krnjeviç Miskoviçin moderatorluğu ilə keçirilən “Qaçqınlar probleminə Avropa yanaşması: Çağırışlar və beynəlxalq əməkdaşlıqlar yolu ilə mümkün həll yolları” adlı birinci paneldə çıxış edən Avropa Qonşuluq Şurasının icraçı direktoru Samuel Doveri Vesterbay, Brüssel İdarəetmə Məktəbinin professoru, Belçika Baş nazirinin keçmiş müşaviri Köyert Debüf, Madrid San Pablo-CEU Universitetinin tarix professoru Antoniyo Alonso Markos, Kral Xuan Karlos Universitetinin Beynəlxalq ictimai hüquq və Beynəlxalq münasibətlər üzrə fəlsəfə elmləri doktoru Yelena Diyaz Qalan Aİ-nin məcburi köçürmə və deportasiya ilə bağlı siyasəti, qaçqınların üzləşdiyi problemlər, qaçqınların mühafizəsi və onların reinteqrasiyası üzrə mövcud strategiyalar, qaçqın qadınların üzləşdiyi problemlərin həllinə yönəlik müasir yanaşmalar, qaçqın, məcburi köçkün və miqrasiya problemində Avropa İttifaqının tərəfdaş ölkələri ilə praktiki əməkdaşlıq kimi məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

“Məcburi deportasiya və qaçqınlar mövzusunda Azərbaycan təcrübəsi: Qərbi Azərbaycana qayıdış” adlı ikinci panel isə Türkiyənin “Ülke TV” yayım şirkətinin Baş redaktoru Həsən Öztürkün moderatorluğunda baş tutub. Azərbaycan-Türkiyə Qadınlar Cəmiyyəti və Azərbaycan-Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı, Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli, Kral Xuan Karlos Universitetinin Hüquq professoru, “Pan-Avropa” Hərəkatının İspaniya nümayəndəliyinin Baş katibi Karlos Uriarte Sançez və Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgərin qatıldığı paneldə qaçqınlar probleminin hüquqi çərçivələri və beynəlxalq ictimaiyyətin öhdəlikləri, qaçqın səslərinin dünyaya eşitdirilməsi və onların hislərinə şərik çıxmaq səylərinin gücləndirilməsi, Azərbaycanlı qaçqınların qayıdışı, onların hüquqlarının müdafiəsinə yönəlik mövcud mexanizm və strategiyalar mövzularında müzakirələr keçirilib.

Forumun sonunda Azərbaycanlı qaçqınlar adından beynəlxalq ictimaiyyətə çağırış edilib və xatirə şəkli çəkdirilib.

Tədbirdə Qərbi Azərbaycandakı izlərimizə dair foto-sərgi nümayiş olunub.

Daha sonra Azərbaycan mətbəxinin inciləri ispan qonaqlara təqdim olunub.

DAHA ÇOX OXU

Cəmiyyət

Bu gün vəfat edən Yaşar Əliyev – DOSYE

08/12/2023 19:21
Cəmiyyət

DƏHŞƏT! Bakıda xəstəxanada əməliyyat zamanı Tiktoka girib… – VİDEO

08/12/2023 19:13
Cəmiyyət

SON DƏQİQƏ! Yaşar Əliyev vəfat etdi

08/12/2023 19:02
export

İşğaldan azad edilmiş ərazilərdə seçki məntəqələri təşkil ediləcək

08/12/2023 18:12
export

Milli Məclisin Mədəniyyət komitəsinə sədr seçilib – FOTO

08/12/2023 13:00
export

Gəncə sakini raket hücumu zamanı onu dağıntılar altından çıxaran oğlanla ailə qurdu – FOTO

08/12/2023 12:57

Xəbər lenti

Bu gün vəfat edən Yaşar Əliyev – DOSYE

08/12/2023 19:21

DƏHŞƏT! Bakıda xəstəxanada əməliyyat zamanı Tiktoka girib… – VİDEO

08/12/2023 19:13

Əməkdar artist: “Mən danışsam çox şey deyəcəm”

08/12/2023 19:07

SON DƏQİQƏ! Yaşar Əliyev vəfat etdi

08/12/2023 19:02

Məşhur müğənninin yeni sevgi macərası

08/12/2023 18:54

Xalqın öz rəhbərinə olan sevgisini bildirmək üçün fürsət: ZƏFƏR SEÇKİSİ – RƏY + FOTO

08/12/2023 18:51

Zibil qutusuna atmaq istədiyi heykəli fantastik qiymətə satdı – FOTO

08/12/2023 18:38

Masazırda qəbiristanlıqda tanışını öldürən şəxsin məhkəməsi başlayır

08/12/2023 18:25

İşğaldan azad edilmiş ərazilərdə seçki məntəqələri təşkil ediləcək

08/12/2023 18:12

Bakı ilə İrəvan bir-birini dəstəkləyəcək – İlk dəfə

08/12/2023 17:56

“Putin seçkilərdə iştirakını həmkarları ilə müzakirə etməyib”

08/12/2023 17:40

Doqquz milyonun cəmi 160 mini qaytarılıb: “Azadlıqda olsam, tam ödəyərdim”

08/12/2023 17:28

“Yalı Çapkını”nın “Halis”inin görün hansı məşhurdan oğlu var imiş – FOTO

08/12/2023 17:15

Qarabağ ərazi vergilər baş idarəsi və Şərqi Zəngəzur ərazi vergilər idarəsi yaradılıb

08/12/2023 17:02

Ermənistanda Honq-Konq qripi yayılır

08/12/2023 16:50

Azərbaycanda toyda maraqlı olay – Gəlin maşını… – VİDEO

08/12/2023 16:39

Rəqqasə Fatimənin avtomobili yandı: “Gözəllik üçün etmişdim” – VİDEO

08/12/2023 16:27

Azərbaycanda yüksək vəzifəyə təyinat olub – FOTO

08/12/2023 16:15

Ən çox saxta diplomu Azərbaycanın bu universiteti verib – Təhsil ekspertindən İDDİA

08/12/2023 16:04

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödənildi

08/12/2023 15:49

Ərdoğandan Fransanın Ermənistanı silahlandırmasına reaksiya

08/12/2023 15:36

Dünənki zəlzələdən sonra Bakıda qala divarları üzə çıxıb?

08/12/2023 15:24

İşsizliyə görə müavinət üçün sığorta stajının müddəti azaldılır

08/12/2023 15:11

İnanırıq ki, bu seçkilərdə də xalqımız sabitliyə, tərəqqiyə və inkişafa səs verəcək – Səttar Möhbalıyev

08/12/2023 14:56

“Bakcell” dünyanın ən sürətlilərinin sürət tərəfdaşı oldu! – FOTO

08/12/2023 14:45

Kişilərə yeni hüquq verilir

08/12/2023 14:43

Politoloq Fərhad Məmmədov: “Bu, Ermənistanın növbəti manipulyasiyasıdır”

08/12/2023 14:38

Spirtli içkidən kütləvi ZƏHƏRLƏNMƏ: ölənlər var

08/12/2023 14:32

Yaşlılar qocalığın əsas peşmançılıqlarından SÖZ ETDİLƏR

08/12/2023 14:21

İki dövlət arasında münasibətlərin normallaşması üçün TARİXİ FÜRSƏT – ŞƏRH + FOTO

08/12/2023 14:19

Daha çox

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Eyni zamanda, olimp casino onlayn kazinosu haqqında ən son xəbərləri də oxuya bilərsiniz. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.