Ryazan vilayətindəki hərbi hissənin ərazisində hərbçi meyiti tapılıb.
Medianews.az xəbər verir ki, bu barədə «Осторожно, новости!» teleqram kanalı məlumat yayıb.
Cəsədin 48 yaşlı hərbçi Vladimir Q. -a aid olduğu müəyyən edilib.
Meyitin üz və ətraf nahiyələrində çoxlu əziklər, sıyrıqlar, göyərmələr olduğu qeyd edilir. Hazırda səlahiyyətli orqanlar araşdırma aparır.
İlkin ehtimala görə, kişinin ölümü döyülmə nəticəsində olub.
Medianews.az