Fələstin prezidenti Mahmud Abbas BMT-dən İsrailə qarşı mübarizədə kömək istəyib.
Medianews.az xəbər verir ki, bu barədə Fələstin mətbuatı məlumat yayıb.
O, İsrail nümayəndələrinin hərəkətlərinin təcavüz təşkil etdiyinə aydınlıq gətirib.
Mahmud Abbas BMT-nin baş katibi Antonio Quterreşə bildirib ki, BMT beynəlxalq legitimlik tərəfindən tanınan öhdəliklərini yerinə yetirməlidir. Digər tərəfdən o, Fələstin xalqının beynəlxalq müdafiəsini tələb edib.
Medianews.az