İstanbulda taksi ilə motosikletin toqquşması nəticəsində 20 yaşlı Bertan Darıcı və Ayaz Ekinci həyatını itirib.
Medianews.az xəbər verir ki, Məhkəmə Tibb İnstitutuna gətirilən iki gəncin cəsədi yaxınları tərəfindən aparılıb.
Hadisə gecə saat 02.30 radələrində baş verib. Qəzadan dərhal sonra taksi və motosiklet alovlanıb.
Bertan Darıcının özəl universitetdə təhsili aldığı və cənazəsinin Boluda torpağa tapşırılacağı öyrənilib. Ayaz Ekincinin isə İstanbulda kafedə işlədiyi, motosikletini yeni aldığı və Van Özalp Sügeçer kəndində dəfn ediləcəyi öyrənilib.
Qəzadan xəsarət almadan xilas olan taksi sürücüsü Mikayıl Gülər də ədliyyəyə sövq edilib.
Medianews.az