HƏMAS-ın “Əqsa tufanı” əməliyyatından sonra İsrail və Fələstində qarşıdurmalar şiddətlənərkən, bölgədən bir görüntü çaşqınlıq yaradıb.
Medianews.az xəbər verir ki, videoda HƏMAS terrorçularından birinin İsrail əsgərini girov götürdüyü görünür.
Görünüşün qalan hissəsində girov əsgərin Həmas terrorçusunun kamuflyajını yoxladığı görünür. Videonu izləyənlər “İsrail əsgəri HƏMAS terrorçusunun üzərinə “GPS” cihazı yerləşdiribmi?” sualını veriblər.
Sözügedən görüntülər sosial mediada da geniş müzakirələrə yol açıb.
Medianews.az