Rusiyanın Sankt-Peterburq şəhərində, oktyabrın 9-da iki yaşı qız peyvənddən sonra yaranan fəsadlar nəticəsində dünyasını dəyişib.
Medianews.az xəbər verir ki, bu hadisə barədə Jurnalistika Araşdırmaları Agentliyindən məlumat verilib.
Müəyyən olunub ki, uşaq peyvəndi vurulduqdan sonra, sentyabrın 28-dən oktyabrın 6-dək Müqəddəs Məryəm Maqdalena xəstəxanasında müalicə olunub. Daha sonra Özbəkistan vətəndaşı olan ana xəstəxanaya yerləşdirilməkdən imtinaya imza ataraq qızını müalicə üçün evinə aparıb.
Qeyd edək ki, ölümün dəqiq səbəbini müəyyən etmək üçün meyit morqa aparılıb.
Medianews.az