“Qarabağ”ın futbolçusu ilə bağlı xəbər var
Premyer Liqanın 9-cu turunda “Neftçi” – “Qarabağ”la qarşılaşıb.
Medianews Azerforuma istinadən xəbər verir ki, Ağdamlılar əldə etdiyi 2:0 hesablı qələbənin ləzzətini tam yaşaya bilməyib.
Belə ki, oyundan sonra komandanın futbolçusu Elvin Cəfərquliyev polis şöbəsinə aparılıb.
Klub rəsmiləri bundan xəbər tutan kimi 24-cü polis bölməsinə yollanıb.
***
“Qarabağ”ın futbolçusu buna görə ŞÖBƏYƏ aparılıb – DİN-dən AÇIQLAMA
Bəzi saytlarda “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyevin polis tərəfindən saxlanılması haqda məlumat yayılıb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov AzxeberSport-a bildirib ki, futbolçu Elvin Cəfərquliyevin “Neftçi” – “Qarabağ” oyunundan sonra saxlanılması barədə yayılan məlumatlar yanlışdır.
Qarşılaşmadan sonra E.Cəfərquliyev çantasının oğurlanması barədə stadionda olan polis əməkdaşlarına məlumat verib. Futbolçunun çantasını oğurlayan stadiona azərkeş qismində gələn şəxs polislər tərəfindən müəyyən edilərək saxlanılıb və çanta sahibinə qaytarılıb. Daha sonra E.Cəfərquliyev zərərçəkən şəxs kimi izahatının alınması üçün Polis Şöbəsinə dəvət edilib. Araşdırmalar davam etdirilir.