Çağırış üzrə əraziyə yollanan polis əməkdaşı güllələnib.
Medianews.az xəbər verir ki, hadisə Türkiyədə baş verib.
Böyükçekmece Muratçeşme rayonunda gecə saat 02.30 radələrində polisə motosikletli iki nəfərin küçədə havaya atəş açması xəbəri gəlib. Xəbəri qiymətləndirən qruplar, sözügedən ünvana getdikləri zaman motosikletçiləri tapa bilməyiblər.
Qruplar ərazidə araşdırma apararkən polisə daha bir məlumat daxil olub. Zəng edən şəxs evinin divarlarına güllə dəydiyini bildirib və polisdən kömək istəyib. Bunun üzərinə hadisə yerində araşdırma aparan qruplar ihbar edilən mənzilə yollanıblar.
Divarlarında güllə izləri olan mənzilin zəngini vuran qrupların qapısı açılmayıb. Polisləri çağıran şəxs isə telefonun zəngini açmayıb. Bu zaman içəri daxil olan polislərə atəş açılıb.
Evdəki Muhammet Emre Çorakın silahından evə atılan güllə polis məmuru Cihat Ermişin sinəsindən dəyib. Ağır yaralanan Ermiş Mimarsinan Dövlət Xəstəxanasına aparılıb.
Burada edilən bütün müdaxilələrə baxmayaraq, yaralanan polis həyatını itirib.
Medianews.az