İsrail hərbçiləri Qəzza zolağının tam blokadasına başlayıb.
Sfera.az bildirir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin rəhbəri Yoav Qalant məlumat verib.
“Mən Qəzza zolağının tam mühasirəyə alınması barədə əmr verdim. Nə işıq, nə qida, nə qaz təchizatı olacaq, hər şey kəsiləcək”, – Müdafiə Nazirliyinin rəhbəri bildirib.
Eyni zamanda, o qeyd edib ki, İsrail ordusu rəqibinə uyğun addımlar atır.