“Miqrant Uşaqlara Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyininin maliyyələşdirdiyi “Miqrant uşaqların cəmiyyətimizə inteqrasiyasına dəstək” mövzusundakı layihəsini davam etdirir. İctimai Birlik layihə çərçivəsində miqrant uşaqların Azərbaycanın mədəni və tarixi irsi ilə tanışlığının təşkil edilməsi məqsədilə 15 nəfərdən ibarət miqrant uşaqların 07 oktyabr 2023-cü il tarixində Bakı şəhərinin Məhəmmədi kəndinin yaxınlığındakı “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna ekskursiyasını təşkil edib.
Ekskursiya çərçivəsində ilk öncə miqrant uşaqlara Yanar dağın ətəyində təbii qazın çıxması nəticəsində alovlanan, tarixi bilinməyən bu təbiət abidəsi haqqında çoxlu əfsanələr, bu təbiət möcüzəsini bu günə kimi nə yağışın, nə qarın, nə də çovğunun söndürə bilmədiyi barədə məlumat verilmişdir.
Miqrant uşaqlar bu təbiət möcüzəsini heyrətlə izləmişlər, sözsüz ki, onlar üçün qoruğun ən maraqlı yeri yanan torpaq olmuşdur. Bundan başqa miqrant uşaqlar qoruqda maraqlı yerləri gəzərək tanış olmuşlar. Yanardağda qədim eksponatları ilə diqqəti cəlb edən muzey də miqrant uşaqları üçün maraqlı olmuşdur.
Miqrant uşaqlar qoruq ərazisində açıq havada Daş muzeyi ilə də tanış olmuş, eyni zamanda uşaq oyun meydançasında əylənmişlər. Ekskursiyanın sonunda miqrant uşaqlara qoruğun həyətindəki kafedə çay süfrəsi təşkil edilmiş, “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu haqqında təssüratları barədə fikir mübadiləsi aparılmış və onları maraqlandıran suallar cavablandırılmışdır.


