HƏMAS qruplaşmasının hücumu nəticəsində İsrail ərazisində həlak olanların sayı artıb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda İsrail Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Açıqlamada İsraildə həyatını itirənlərin sayının 900-ə çatdığı, 157-si ağır olmaqla 2616 nəfərin yaralandığı qeyd olunub.
Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.