ABŞ-ın vitse-prezidenti Kamala Harris İsrail prezidenti İsaak Hersoqla telefonla danışıb.
Medianews.az xəbər verir ki, bu barədə Ağ Evdən verilən yazılı açıqlamada bildirilib.
Harris HƏMAS-ın İsrailə qarşı hücumlarını pisləyib və İsrailin təhlükəsizliyi üçün lazımi dəstəyi verməyə hazır olduqlarını deyib.
Görüş zamanı Harris özü və həyat yoldaşı adından həyatını itirənlərə başsağlığı verib.
ABŞ-ın İsrailin təhlükəsizliyinə sarsılmaz dəstəyini təkrarlayan Harris, İsraili dəstəkləməkdə qərarlı olduğunu vurğulayıb.
Medianews.az