Aparılan müəyyən araşdırmalar 3 qidanın ömrü uzatdığını bildirib.
Medianews.az xəbər verir ki, araşdırmaya görə, üç bitki əsaslı qida qrupu yalnız gözəl dad vermir, həm də ümumi ömrünüzü on ilə qədər uzada bilər.
Aparılan araşdırma prosesə ən yaxşı təsir edən taxıl, paxla, və qoz-fındığının olduğunu göstərib.
Diyetisyen Louise Bula, yaxşı qidalanmanın ömür müddətini necə artıra biləcəyini izah edir:
“Paxla, tam taxıl, qoz-fındıqdan ibarət yemək insan ömrünü uzada bilər”.
Daha sonra başlasanız, nəticə əldə edə bilərsinizmi? Belə çıxır ki, bəli. 60 yaşında tipik pəhrizin optimallaşdırılmış pəhriz ilə əvəz edilməsinin həm kişilər, həm də qadınlar üçün səkkiz illik qazanc əldə edəcəyini nəzərə alsaq, pəhrizin effektivliyi istənilən yaşda kifayət qədər yüksək görünür. Və hətta 80 yaşlı insanlar uzunömürlülüyü artıran qidalar yeməkdən faydalana bilər, araşdırmalar göstərir ki, sağlam qidalar yedikdə əlavə 3,4 il yaşaya bilərlər.
Louise Bula dedi: “Daha yüksək səviyyələrdə protein ehtiva edən pəhrizlər böyümə hormonunun səviyyəsini və insulinə bənzər böyümə faktoru 1 (IGF-1) səviyyələrini artıraraq ömrü qısalda bilər”.
Mütəxəssis davam etdi: “Tədqiqat belə nəticəyə gəldi ki, insan aşağı, lakin adekvat səviyyədə protein və paxlalı bitkilərdən ibarət pəhrizə riayət etməklə, ümumi sağlamlığını yaxşılaşdıra və hətta ömrünü uzada bilər.
Medianews.az