Fələstinin HƏMAS radikal qruplaşmasının silahlı qanadı İzzəddin Qəssam Briqadaları blokada altındakı Qəzza zolağından İsrailə qarşı “Əqsa tufanı” adlı əməliyyata başlayıb.
Medianews.az xəbər verir ki, bölgədə qarşıdurmalar davam edərkən HƏMAS öz imkanları ilə inkişaf etdirdiyi “Mutabar 1” adlı hava hücumundan müdafiə sistemini nümayiş etdirib.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə 700-dən çox adam ölüb, 2 315 nəfər yaralanıb. İsrail ordusu “müharibə hazırlığı vəziyyəti” elan edib və cavab olaraq “Dəmir Qılınclar” əməliyyatına başladığını bildirib.
Medianews.az