Şərqi Qara dəniz bölgəsində tornado meydana gəlib.
Medianews.az xəbər verir ki, Samsunun Canik mahalı sahillərində səhər saatlarında xortum görünməyə başlayıb.
Tornadodan sonra bölgədə güclü yağış başlayıb.
Meteorologiya tərəfindən dünən edilən xəbərdarlıqda Şərqi Qara dəniz bölgəsində səhər saatlarından başlayaraq küləyin şimal və şimal-qərbdən 6-8 gücündə, saatda 50-75 kilometr sürətlə əsəcəyi bildirilib.
Medianews.az