Yaponiyanın paytaxtı Tokionun şərqində yerləşən Çiba prefekturası da daxil olmaqla Sakit okean sahillərindəki rayonlar üçün sunami gözlənilir.
Medianews.az xəbər verir ki, bu barədə ölkənin Meteorologiya Agentliyi məlumat verib.
Buna uyğun olaraq Tokionun şərqindəki Çibanın 12 rayonu, Oqasavara adaları, İzu adaları, Koçi və Miyazaki prefekturaları üçün əhaliyə xəbərdarlıq edilib.
Müxtəlif hündürlükdə dalğaların sahilyanı əraziləri bir neçə dəfə vura biləcəyi səbəbindən yerli əhalidən çimərliklərdən və çayların mənsəblərindən uzaq durmaları istənilib.
Medianews.az