İstanbulda bir şəxs 10 illik dostunu 27 bıçaq zərbəsi ilə öldürüb.
Medianews.az xəbər verir ki, 24 saat keçməmiş saxlanılan şəxs həyatını itirən G.Y.-nin bir müddətdir ki, onu hədələdiyini bildirib.
Saxlanılan şəxs bildirib ki, istifadə etdikləri narkotikin təsirindən sonra aralarında çıxan mübahisə zamanı dostunu öldürüb.
Jandarma qruplarının hadisə yerində apardığı araşdırmalardan sonra G.Y.-nin cəsədi Ədliyyə Tibb Təşkilatına göndərilib. H.Y.A. ifadəsi alındıqdan sonra məhkəmə tərəfindən həbs edilərək həbsxanaya göndərilib.
Medianews.az