Rus məktəbində fövqəladə vəziyyət yaranıb.
Medianews.az xəbər verir ki, baş verən dəhşətli fövqəladə hadisə ölkənin sosial şəbəkələrində geniş müzakirə olunur.
Məlumata görə, məktəbdə elektrik enerjisi kəsilib. Yalnışlıqdan yanğın siqnalı işə düşüb və şagirdlər təşviş içində pəncələrdən tullanmağa başlayıblar. Uşaqlar növbə ilə təhsil müəssisəsinin pəncərəsindən tullanırdılar.
Fövqəladə hadisə nəticəsində 3 uşaq asfalta çırpılıb. Xoşbəxtlikdən hamı sağ qalıb. Müxtəlif sınıqları olan məktəblilər təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
Medianews.az