Xəbər verdiyimiz kimi, Türkiyənin bir sıra bölgələrində həyata keçirilən antiterror əməliyyatları zamanı yaralanan hərbçi Rəcəb Parlağın şəhid xəbərini almışdıq.
Təəssüflər olsun ki, acı xəbərlər gəlməkdə davam edir.
Qaziantep Qubernatorluğundan verilən açıqlamaya görə, İzmir Xüsusi Hərəkat Şöbə Müdirliyindən müvəqqəti olaraq Suriya İşçi Qrupuna təyin edilmiş və terror təşkilatı üzvlərinin təcavüz atəşi nəticəsində yaralanan yüksək rütbəli polis məmuru Hüseyn Şimşək xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Medianews.az