Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetində keçirilən paraşütlə tullanma üzrə Rusiya kubokunun final mərhələsinin iştirakçısı Dmitri Belyayev yarış zamanı dünyasını dəyişib.
Medianews.az xəbər verir ki, bədbəxt hadisə Çeçenistanda yaşanıb.
Bu barədə Qudski Hava Tədris Mərkəzinin mətbuat xidməti məlumat yayıb.
Belyayevin uçuş hündürlüyünü hesablamadığı, nəticədə artan şaquli sürətlə su səthinə çırpıldığı aydınlaşdırılır. İdmançını sudan çıxaran həkimlər onu həyata qaytarmağa çalışsalar da, bu alınmayıb.
Medianews.az