Venesuela Baş Prokurorluğu ABŞ-da yaşayan müxalifət lideri, Milli Assambleyanın (AN) keçmiş sədri Xuan Quaydo haqqında “həbs orderi” verildiyini açıqlayıb.
Medianews.az xəbər verir ki, Venesuelanın Baş Prokuroru Tarek Uilyam Saab keçirdiyi mətbuat konfransında aprel ayından ABŞ-da yaşayan Quaydoya qarşı “çirkli pulların yuyulması, dövlətə xəyanət və dövlətə iqtisadi ziyan vurmaq” ittihamı ilə “həbs qərarı” verildiyini bildirib.
Quaido ilə bağlı hüquqi prosesi həyata keçirmək üçün 3 prokurorun təyin edildiyini bildirən Saab, müxalifət liderinin tutulması üçün İnterpol qarşısında qırmızı bildiriş tələb edəcəklərini deyib.
Saab, Guaidonun saxta hökumət quraraq dövlətə 19 milyard dollar zərər vurduğunu və Dövlət Neft Şirkətinin (PDVSA) ABŞ-dakı törəmə şirkəti Citgo vasitəsilə ona maliyyə təmin etdiyini qeyd edib.
Guaidonun beynəlxalq əməkdaşlıq kanallarının köməyi ilə ölkəyə çatdırılacağına ümid etdiklərini ifadə edən Saab, keçmiş AN prezidentinə qarşı açılmış çoxlu istintaq sənədlərinin olduğunu açıqlayıb.
Medianews.az