Türkiyənin Diyarbəkir bölgəsindən havaya qalxan döyüş təyyarələri terror hədəflərini məhv etmək üçün hərəkətə keçib.
Medianews.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının 51-ci maddəsindən irəli gələn özünümüdafiə hüquqlarına uyğun olaraq, terror təşkilatı PKK/YPG və digər terror ünsürlərinin zərərsizləşdirilməsi, Suriyanın şimalında xalqa və təhlükəsizlik qüvvələrinə qarşı terror hücumlarının aradan qaldırılması və sərhəd təhlükəsizliyinin təmin edilməsi məqsədilə Millətlər Xartiyası, Suriyanın şimalında Tel Rıfat Cizirə və Derik bölgələrində terrorçuların hədəflərinə qarşı hava əməliyyatları həyata keçirilir.
İndiyədək bir çox hədəf, o cümlədən separatçı terror təşkilatının istifadə etdiyi neft quyuları və anbarlar, həmçinin məsul terrorçuların olduğu hesab edilən mağaralar, bunkerlər, sığınacaqlar və anbarlar məhv edilib.
Medianews.az