Keniyanın qərbində yerləşən liseydə 95 şagird naməlum xəstəlik səbəbindən xəstəxanaya yerləşdirilib.
Medianews.az xəbər verir ki, xəstəlik səbəbindən 95 şagirdin ayaqları iflic olub.
Hadisədən sonra məktəb rəhbərləri ilə Təhsil Nazirliyinin rəsmiləri arasında keçirilən görüşdən sonra məktəb qeyri-müəyyən müddətə bağlanıb. Məktəb rəsmiləri xəstəliyin nədən qaynaqlandığını araşdırdıqdan və lazımi tədbirləri gördükdən sonra şagirdlərin dərslərinə davam edə biləcəklərini açıqlayıb.
Xəstəliyi müəyyən etmək üçün tələbələrdən qan nümunələrinin alındığını bildirən xəstəxana rəsmiləri qan nümunələrinin Keniya Tibbi Araşdırma İnstitutu (KEMRI) laboratoriyalarına göndərildiyini bildirib.
Medianews.az