Şənbə, 2 Dekabr 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Nərmin Teymurova: “Məktəb təkcə tədris deyil, həm də…”

XƏYALƏ
05/10/2023 15:02
339
BAXIŞ
FacebookTwitterTelegram

Təhsil inkişafın ön cəbhəsidir. Bir çox hallarda haqqında xəyali danışdığımız gələcək gözlədiyimizdən daha tez baş verir. Bunu isə həyata keçirən bizim müəllimlərimizdir. Bu gün bu müqəddəs peşə sahiblərinin bayramıdır.  Ən böyük missiyası şəxsiyyət  yetişdirmək olan müəllim peşəsindən  cəmiyyətin  hər zaman üstün gözləntisi olub.

Bu müqəddəs peşənin təmsilçilərindən biri də müsahibimiz Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasının ibtidai sinif müəlliməsi, 3C sinifinin rəhbəri Nərmin Teymurovadır. O, deyir ki, “Hər şey yoldan başlayır…”. Bu yolla hara gedirsən və məqsədin nədir? Müəllim bizə bu yolun başlanğıcını və məramını göstərən şəxsdir. Gələcəyin insanı bu məramla yetişir.

-İlk növbədə müəllimlər gününüzü təbrik edir, sizə işlərinizdə uğurlar arzu edirik. Sizcə müəllim peşəsinin öncəlikləri nələrdir?

-Müəllimlik çox şərəfli, məsuliyyətli peşədir. Müəllim həyatını xalqının gələcəyinə həsr edir. O ən qiymətli kapital olan insanla çalışır, yetişdirir, öyrədir. Bu işdə səhvə yol verə bilməz. Müəllimin fəaliyyət obyekti insandır. İnsanlar da pedoqoji proseslərdə çox mürəkkəb və dəyişkəndir. Elm tədris edən insanların yaradıcı olmaları zəruridir.

Dünyadakı bütün peşələri sadalamaq, yəqin ki, mümkün olmaz. Bu peşə sahiblərinin bəziləri ilə tez-tez rastlaşırıq, bəzilərini arabir görürük, bəzilərini isə heç vaxt görməmişik, onlar haqda ancaq eşitmişik. Şübhə yoxdur ki, bütün peşələr zərurətdən yaranmışdır, ancaq onlara bəşəriyyətin ehtiyacı olsa da, bu peşələrdən heç biri – mühəndis, musiqiçi, memar, hətta həkim də olmasa, insanlar birtəhər ötüşə bilər. Yer üzündə bircə peşə var ki, onsuz cəmiyyət mövcud ola bilməz, onsuz nəsillər arasında əlaqə kəsilər, heç bir inkişafdan, hətta insanlararası münasibətlərdən də söhbət gedə bilməz. Bu, müəllimdir!..

– İbtidai sinif orta məktəb təhsilinin bünövrəsini təşkil edir. Bu bünövrəni qoymaqda ibtidai sinif müəllimlərinin üzərinə hansı məsuliyyət düşür?

-Müəllim hazır göstərişlərlə, reseptlərlə işləyə bilməz. Düşdüyü hər bir vəziyyəti düzgün təhlil etməli, uğurlu çıxış yolu tapmalı, məsələlərə müstəqil və yaradıcı yanaşmalıdır, qeyri-standart qərarlar qəbul etməməlidir. Müəllim işləyən şəxs yüksək əqidə, məslək sahibi olmalı, xalqın problemləri ilə yaşamalıdır. Bundan başqa həm uşaqları, həm gəncləri bu ruhda yetişdirməlidir. O eyni zamanda yüksək mədəniyyət və mənəviyyata sahib, özündə zahiri və daxili mədəniyyəti, düzgünlük, ədalət, xeyirhaxlıq, sadəlik kimi nəcib əxlaqi keyfiyyətlərə sahib olmalıdır. Tərbiyə işinə birinci özündən başlamalıdır, çünki özündə olmayan keyfiyyəti başqalarına verə bilməz. Müəllim dərin biliyə malik olmalıdır, çünki bilik onun əsas silahıdır.

-Müəllim olmaq daha çətindir yoxsa şagird?

-Mən bura valideyni əlavə edərdim. Çünki təhsildə belə bir üçbucaq- müəllim, şagird və valideyn üçbucağı var. Onlar hər zaman əl-ələ verib işləməlidirlər. Hesab edirəm ki, bu üçlük olmadığı halda təhsildə keyfiyyətdən söhbət belə gedə bilməz. Müəllim olmağın da çətinliyi var. Onun qarşısında körpə fidanlar var. Müəllim bütün hərəkətiylə, davranışıyla, danışığıyla onlara nümunə olur. Uşaqlar öz valideynlərindən çox məktəbdə müəllimi görür. Məktəbə niyə təlim-tərbiyə ocağı deyirlər? Məktəbdə şagirdlərə təlim də, təhsil də verilir. Amma bunla bərabər müəllim uşaqlara tərbiyə, vətənə sevgi, düzgün danışığı öyrədir. Hər şeyi şagird müəllimdən öyrənir. Bu cəhətdən məncə müəllimin də vəzifəsi daha çətindir. Şagirdin də vəzifəsi ona görə çətindir ki, şagird sıfırdan gəlir, sıfırdan başlayır. Heç vaxt görmədiyi, gəlmədiyi mühitə düşür. Hər şeyi sıfırdan müəllimdən öyrənir. Bu da əlbəttə ki, şagirdlər üçün çox çətindir. Bu vəziyyəti aradan qaldırmaq üçün müəllimin də, valideynin də üzərinə böyük yük düşür.

-Zəfər tarixi, son dönəmlər ordumuzun əldə etdiyi nailiyyətlər dərsliklərdə necə sirayət edir və vətənpərvərlik hissi şagirdlərə necə aşılanır?

– 2-ci Qarabağ müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Bu şanlı tarix üçün çox böyük əhəmiyyət kəsb edir. Bu işdə təhsilin də üzərinə düşən öhdəliklərdən biri zəfər tariximizi gələcək nəsillərə çatdırmaqdır. Məktəbdə tədris olunan bütün dərsliklərdə 2-ci Qarabağ müharibəsiylə bağlı imzaların olması, məlumatların yetişdirilməsi vacibdir. Çünki bu həm də vətənpərvərliyin, zəfərin təbliğatıdır. Düşünürəm, buna təkcə tarix, ədəbiyyat dərslərində deyil, bütün dərsliklərdə inteqrasiya olunmalıdır. Ümumiyyətlə tərbiyə işinin sistemli təbliği, Azərbaycançılıq ideologiyasının təbliği, Azərbaycan dilinə, ədəbiyyatına, tarixinə, milli-mənəvi dəyərlərə hörmət, vətənə sədaqət, vətəndaşlıq mövqeyinin formalaşdırılması, bunların hər biri ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin qarşısında duran əsas məsələlərdən biri olmalıdır. Elə hesab edirəm ki, “Qarabağ Azərbaycandır” adı altında əsərlər çap olunmalı, dünyanın müxtəlif dillərinə tərcümə edilməlidir. Tariximizin bu şərəfli səhifəsi uşaqlarımıza və gənclərimizə mütləq çatdırılmalıdır.

 

Medianews.az

DAHA ÇOX OXU

Dünya

HƏMAS-ın azad etdiyi israilli qızın dedikləri hər kəsi HEYRƏTLƏNDİRDİ – VİDEO

02/12/2023 10:25
export

Fotosessiya zamanı qayalara çırpıldı – Helikopterlə xəstəxanaya çatdırıldı (VİDEO)

02/12/2023 10:14
Cəmiyyət

Günel Səfərovaya ağır itki üz verib

02/12/2023 10:04
export

Məktəbli qızları aldadaraq qaçırmaq istədi – ANBAAN VİDEO

02/12/2023 10:01
1-MANŞET

Bir protezlə həyatı dəyişən xanım – FOTOLAR

02/12/2023 09:53
export

Məryəm Üzərli və Uill Smitdən səmimi görüntülər – FOTO/VİDEO

02/12/2023 09:48

Xəbər lenti

HƏMAS-ın azad etdiyi israilli qızın dedikləri hər kəsi HEYRƏTLƏNDİRDİ – VİDEO

02/12/2023 10:25

Fotosessiya zamanı qayalara çırpıldı – Helikopterlə xəstəxanaya çatdırıldı (VİDEO)

02/12/2023 10:14

Günel Səfərovaya ağır itki üz verib

02/12/2023 10:04

Məktəbli qızları aldadaraq qaçırmaq istədi – ANBAAN VİDEO

02/12/2023 10:01

Bir protezlə həyatı dəyişən xanım – FOTOLAR

02/12/2023 09:53

Məryəm Üzərli və Uill Smitdən səmimi görüntülər – FOTO/VİDEO

02/12/2023 09:48

Şagirdi tualetə salıb döydülər – oynamadığı üçün

02/12/2023 09:26

Ərinə xalta taxıb, küçə-küçə gəzdirən qadın kimdir?

02/12/2023 09:15

Müğənni ərinə çılpaq fotolarını göndərən qadınlara səsləndi

02/12/2023 08:53

Təhsil ocağında biabırçı kadrlar – VİDEO

02/12/2023 08:42

ÜST qorxulu hesabat yaydı: 249 milyon insan…

02/12/2023 08:22

Anomal soyuq olacaq, temperatur –50 dərəcədən aşağı düşəcək

02/12/2023 08:11

15 yaşlı qızın qəbrindən çıxanlar şoka saldı – FOTO

02/12/2023 08:03

Messini autist adlandırdılar

02/12/2023 07:07

Yelena Zelenskaya: “Həyat yoldaşımın növbəti müddətə prezident olmasını istəmirəm”

02/12/2023 06:37

Bakıda ictimai iaşə müəssisəsinin fəaliyyəti dayandırıldı – FOTO

02/12/2023 06:20

2024-cü ildə hansı məhsullar bahalaşa bilər? – VİDEO

02/12/2023 06:02

Niyə həftə sonları xoşbəxt ola bilmirik? – Vaxtın dəyərləndiriməsi

01/12/2023 23:31

Sumqayıtda xaos: Taksilər avtobusların hərəkətinə mane olurlar – VİDEO

01/12/2023 23:17

ARAŞDIRMA: 14 növ xərçəngin qarşısını alan 7 məsləhət

01/12/2023 23:06

Fərman: Rusiyada hərbçilərin sayı 170 min nəfər artırıldı – Səfərbərlik olacaq?

01/12/2023 22:41

ŞOK! 70 yaşlı “lənətlənmiş qadın” əkiz uşaq doğdu – FOTO

01/12/2023 22:18

Ermənistan yeni münaqişə yaradır: “Bu ərazilər qaytarılmasa, əməliyyatlar…”

01/12/2023 22:10

Azərbaycanlı polisi işdən qovub cinayət işi AÇDILAR – TƏFƏRRÜATLAR

01/12/2023 22:02

Türkiyənin Dövlət Xəbər Agentliyi əməkdaşı Qəzzada HƏLAK OLDU

01/12/2023 21:54

Ermənistan yeni müharibəyə hazırlaşır: SƏNGƏRLƏR QAZILIR – FOTOFAKT

01/12/2023 21:39

“O videomdan sonra işdən çıxarıldım” – Azərbaycanlı aparıcı – VİDEO, FOTO

01/12/2023 21:33

VACİB: Ərdoğan dünyaya elan etdi – HAZIRIQ!

01/12/2023 21:18

Pediatrdan SOS: “Qızılcadan uşaqlar ölə bilər” – VİDEO

01/12/2023 21:13

Maşında sıxılıb qalan şəxs belə xilas edildi – VİDEO

01/12/2023 21:07

Daha çox

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Eyni zamanda, olimp casino onlayn kazinosu haqqında ən son xəbərləri də oxuya bilərsiniz. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.