Bir stəkan su sağlamlıq və görünüş üçün faydalıdır.
Medianews.az “İzvestia iz”-ə istinadən xəbər verir ki, bu barədə dietoloq Yelena Tixomirova danışıb.
O qeyd edib ki, günə bir stəkan su ilə başlamaq vərdişi orqanizmdə yuxu zamanı maye itkisi nəticəsində pozulan su balansını bərpa etməyə, həmçinin həzm sistemi və sidik ifrazat sisteminin işinə başlamağa kömək edir.
Dietoloq onu da bildirib ki, səhərlər su içmək vərdişi artıq çəki ilə mübarizəyə kömək edir, metabolik proseslərin başlamasına şərait yaradır, gün ərzində kifayət qədər su istehlakı isə onların sürətlənməsinə şərait yaradır.
Ona görə də suyu təkcə səhərlər deyil, gün ərzində də içmək lazımdır.
Medianews.az