İngiltərədə 19 yaşlı qadın əsgər Larkhill düşərgəsində cinsi təcavüzə məruz qaldıqdan sonra intihar edib.
Medianews.az xəbər verir ki, komandirinin təcavüzünə məruz qalan intihar edən əsgərin qaldığı kazarmada digər qadın əsgərlərin də sıxışdırıldığı üzə çıxıb.
Qeyd edək ki, 19 yaşlı Jaylsey Beck adlı qadın əsgər 2021-ci ilin dekabr ayında Uiltşirdəki Larkhill düşərgəsində ölü tapılıb. İstintaqda gənc əsgərin komandiri tərəfindən cinsi təcavüzə məruz qaldıqdan sonra həyatına son qoyduğu müəyyən edilib.
19 yaşlı əsgərin ölümü ilə bağlı hazırlanan hesabatda komandirin gənc qadına 3500-dən çox mesaj göndərdiyi və cinsi əlaqədə olmaq istədiyi öyrənilib. Bildirilib ki, gənc qadın komandirinin təklifini rədd edib və təzyiqlərə tab gətirə bilmədiyi üçün intihar edib.
Digər tərəfdən,gənc qadının ölümünü araşdıran kollegiya, intiharın baş verdiyi kazarmada bir çox qadın əsgərin komandirləri tərəfindən təcavüzə məruz qaldığını da müəyyən edib.
Medianews.az