Yük maşını sürücünün idarəetməni itirməsi nəticəsində mağazaya çırpılıb.
Medianews.az xəbər verir ki, hadisə Türkiyənin Mersin rayonunda yaşanıb.
Qəza nəticəsində sürücü də daxil olmaqla 7 nəfər xəsarət alıb. Yaralılar rayon mərkəzindəki xəstəxanalara çatdırılıb.
Qəzada iş yeri və yük maşınına böyük maddi ziyan dəyib.
Medianews.az