İstanbulda yaşayan yaşlı cütlük içərisi dezinfeksiya edildikdən və hətta havanın girməməsi üçün açar dəliklərini bağladıqdan sonra evi tərk edib.
Medianews.az xəbər verir ki, cütlük 2 gün sonra evə gələrək qapını açanda partlayış baş verib.
Baş verən hadisədə ölən və yaralanan olmayıb.
Hadisənin ardından əraziyə təcili yardım, yanğınsöndürənlər və polis sövq edilib. Qısa müddətdə hadisə yerinə gələn yanğınsöndürənlər soyutma işləri aparıb, təcili yardım isə yaşlı cütlüyün ambulator müalicəsini həyata keçirib.
Medianews.az