Tekirdağın Çorlu rayonunda narkotik aludəçilərinin yaşadığı iki mərtəbəli binada naməlum səbəbdən yanğın hadisəsi baş verib.
Medianews.az Haberglobala istinadən xəbər verir ki, hadisə yerinə gələn yanğınsöndürənlər təxminən 1,5 saatlıq işdən sonra söndürmə və soyutma prosesini başa çatdırıblar.
Tarixi binaya bitişik yan tikilinin dam örtüyünə ziyan dəyib, yanğın nəticəsində yararsız hala düşüb.
Köhnə binada yanğın baş verəndən sonra məhəllə sakinləri narkomanların binanın arxa qapısından girib-çıxmasından şübhələnirlər.
Hadisə ilə bağlı Cümhuriyyət Polis İdarəsi tərəfindən araşdırma başlanıb.
Vüqar Məmmədov
Medianews.az