Avtomobillə zibil maşını arasında qalan təmizlik işçisi faciəvi həlak olub.
Medianews.az xəbər verir ki, hadisə Hatayın mərkəzi Antakya rayonunda baş verib.
Antakya-Reyhanlı yolunun Narlıca qovşağında sürücüsü naməlum olan 31 AED 927 dövlət nömrə nişanlı avtomobil idarəetmədən çıxaraq Antakya bələdiyyəsinə məxsus zibil maşınına çırpılıb.
Qəzada təmizlik işçisi Mehmet Kahraman avtomobillə zibil maşını arasında qalıb.
Xəbərdarlıq üzərinə qəza yerinə 112 Təcili Tibbi Yardım və polis qrupları sövq edilib.
Sağlamlıq qrupları Kahramanın öldüyünü müəyyən edib.
Medianews.az