Rusiya Federasiyası Türkiyə, Braziliya və Cənubi Afrikaya yeni kosmik stansiya layihəsində iştirak etməyi təklif edib.
Medianews.az xəbər verir ki, bu barədə Bakıda keçirilən Beynəlxalq Kosmik Konqresində çıxış edən Rusiya Federal Kosmik Agentliyinin (Roskosmos) baş direktoru Yuri Borisov bildirib.
O, qeyd edib ki, Roskosmos Türkiyə, Braziliya və Cənubi Afrikanın kosmik agentliklərinə Rusiya orbital stansiyasında iştirak etməyi təklif edib və Bu ölkələrin nümayəndə heyətləri təklifi müsbət qarşılayıb və maraqlarını ifadə ediblər:
Bu forum çərçivəsində keçirilən ikitərəfli danışıqlar və təmaslar göstərdi ki, rus kosmonavtlarına və Rusiyanın nailiyyətlərinə maraq çox yüksəkdir. Biz həmkarlarımıza Rusiya orbital stansiyasının inkişafı və pilotlu proqramımızı davam etdirmək planlarımız haqqında məlumat verdik. Biz onları iştiraka dəvət etdik” .
Borisov həmkarlarına Rusiya orbital stansiyasının (ROS) inkişafı planları və pilotlu proqramın davam etdirilməsi barədə danışıb.
Medianews.az