Fransanın paytaxtı Parisdə şagirdlərin qadağa olsa da çadra geyindiyi üçün cəzalandırılmasına məktəbin girişini bağlayaraq reaksiya veriblər.
Medianews.az xəbər verir ki, Parisdəki Colbert Liseyinin şagirdləri, dostlarından birinin çadra geyindiyi üçün cəzalandırılmasından sonra məktəb rəhbərliyinə etiraz ediblər.
Səhər saatlarında tələbələr liseyin girişləri qarşısında zibil qutuları və şlaqbaumlarla barrikada quraraq məktəbin girişini bağlayıblar.
Şagirdlər məktəb binasının fasadına “Anti-müsəlman əhval-ruhiyyəsinə (İslamofobiya) yox” yazılmış plakatlar asıblar.
Qeyd edək ki, avqust 27-də Təhsil Naziri Qabriel Attal məktəblərdə abaya qadağa qoyulacağını açıqlayıb və müsəlmanların hüquqlarını müdafiə edən ADM Dərnəyi, qadağanı Dövlət Şurasına çatdırıb. Dövlət Şurası sentyabrın 7-də qərar verib ki, çadra qadağası “şəxsi həyata hörmət, ibadət və təhsil hüquqlarını” pozmur.
Vüqar Məmmədov
Medianews.az