Ovçu ehtiyatsızlıqdan turisti vəhşi heyvan zənn edərək güllələyib.
Medianews.az xəbər verir ki, hadisə Rusiyanın Krasnoyarsk vilayətində yaşanıb.
Bu barədə Rusiya İstintaq Komitəsinin Krasnoyarsk diyarı və Xakasiya Respublikası üzrə Baş İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, iki sakini Aqul çayına gecə ova çıxıblar. Onlar termal görüntü cihazından istifadə edərək sahildə üç siluet görüblər və onları vəhşi heyvanlarla səhv salıblar.
Ovçu tapançadan atəş açaraq çay kənarında dostları ilə dincələn kişini yaralayıb. Baş verənləri şəxs özü polisə danışıb.
Faktla bağlı cinayət işi başlanıb. Kişi ehtiyatsızlıqdan ölümə səbəb olmaqda şübhəli bilinir.
Medianews.az