Ticarət gəmisinin balıqçı qayığına çırpılması nəticəsində üç balıqçıhəlak olub.
Medianews.az xəbər verir ki, hadisə Flippində baş verib.
Filippin sahil mühafizəsi tərəfindən verilən açıqlamada Filippinin şimal-qərb sularında balıqçılıq bölgəsində lövbər salan “F/B Dearyn” adlı balıqçı gəmisinin ticarət gəmisi tərəfindən vurulduğu bildirilib. Toqquşma nəticəsində çevrilən qayıqda 6 nəfərin olduğu və 3 balıqçının həyatını itirdiyi bildirilib.
Filippin prezidenti kiçik Ferdinand Markos açıqlamasında qəza ilə bağlı istintaqın davam etdiyini qeyd edib və həyatını itirənlərin ailələrinə başsağlığı verib.
Medianews.az